Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” komandaları arasında keçirilən cavab görüşü qalmaqalla yadda qaldı.
Ucnoqta.az xəbər verir ki, görüşün baş hakimi Rəvan Həmzəzadənin hakim idarəçiliyi geniş müzakirələrə səbəb olub.
Belə ki, Rəvan Həmzəzadə matçın son saniyələrində “Sabah” futbolçusunun cərimə meydançasında topa əllə toxunduğu anda penalti təyin etməyib. Bu qərar isə futbol ictimaiyyəti və azarkeşlər arasında narazılıqla qarşılanıb.
Bununla bağlı “Sabah” klubu video paylaşaraq "Qarabağ"la daha əvvəllər keçirilən qarşılaşma zamanı eyni epizod zamanı da hakim Elçin Məsiyev tərəfindən qeydə alınmamasını vurğulayıblar. Həmçinin, "Sabah"ın "Sumqayıt"la görüşü zamanı da eyni qayda pozuntusu ilə bağlı görüntüləri paylaşıb.
Həmin görüntüləri təqdim edirik: