Çin müdafiə naziri Rusiya və Qırğızıstana səfər edəcək

06:36 - 23 Aprel 2026 - DÜNYA

Çin Müdafiə naziri Donq Cun 23-28 aprel tarixlərində Rusiya və Qırğızıstana rəsmi səfərlər edəcək və ŞƏT müdafiə nazirlərinin görüşündə iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat verib.

Çin Müdafiə Nazirliyinin WeChat səhifəsində dərc olunmuş açıqlamada deyilir ki, Donq Cun 23-28 aprel tarixlərində ev sahibi ölkələrin dəvəti ilə Rusiya və Qırğızıstana səfər edəcək və həmçinin Bişkekdə ŞƏT müdafiə nazirlərinin görüşündə iştirak edəcək.

Çin müdafiə naziri beynəlxalq və regional vəziyyət, eləcə də müdafiə və təhlükəsizlik əməkdaşlığı perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün ŞƏT nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.

Xəbər xətti