Ukrayna prezidenti Volodimir Zelenski BVF paketindən ölkədə hərbi vəziyyət ləğv edildikdən sonra hərbi rüsumun üç il müddətinə uzadılmasını nəzərdə tutan qanun imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu məlumat Ali Radanın veb saytında dərc olunub.
Ukrayna parlamenti bu qanunu 7 apreldə 257 səslə qəbul edib.
Parlament üzvlərinin fikrincə, bu, müharibədən sonrakı bərpa dövründə müdafiə sektorunun sabit maliyyələşdirilməsini təmin edəcək və Ukraynanın beynəlxalq öhdəliklərindən birini yerinə yetirəcək.