Keçmiş məhkum 8 kq narkotiklə saxlanıldı

09:03 - 14 Aprel 2026 - ÖLKƏ İÇİ

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti