Livanda ölənlərin sayı bir gündə 254 nəfərə çatıb

00:11 - 9 Aprel 2026 - DÜNYA

Beyrut və Livanın digər şəhərlərinin kütləvi bombalanması nəticəsində bir gündə 254 nəfər həlak olub, daha 1165 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a daxil olan təcili yardım qərargahından verilən məlumatda bildirilir.

Daha əvvəl Beyrutun mərkəzində və cənub kənarlarında yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində 112 mülki şəxsin öldüyü, 837 nəfərin isə yaralandığı bildirilmişdi.

Xəbər xətti