Finlandiya Sərhəd Mühafizəsi ölkənin şərqində daha bir vurulmuş pilotsuz uçuş aparatı (PUA) aşkar edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yle məlumat yayıb.
Agentliyin məlumatına görə, dronu Finlandiya-Rusiya sərhədində yerləşən Pihäjärvi gölünün buzunda tapılıb. Sərhəd Mühafizəsi hadisə yerini mühasirəyə alıb və hadisəni araşdırır.
Martın 29-da Finlandiyanın cənub-şərqindəki Kouvola şəhəri yaxınlığında iki PUA qəzaya uğrayıb. Finlandiya Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, dronlardan biri Ukraynaya məxsus An-196 təyyarəsi kimi müəyyən edilib.