Azərbaycanlı yazıçı Türkiyədə ağır qəzaya düşdü

12:01 - 16 İyul 2025 - HADİSƏ

Yazıçı Rəvan Cavid yaşadığı Türkiyədə qəzaya düşüb.

Ucnoqta.az kulis.az-a istinadən xəbər verir ki, hadisə Tekirdağ şəhərində baş verib.

O, yüksək sürətlə idarə etdiyi motosikletin idarəetməsini itirib. Rəvan Cavid qəza nəticəsində ağır xəsarət alıb.

Xəstəxanaya çatdırılan Rəvan Cavidin müalicəsi davam edir.

Xəbər xətti