"Son zəng"də məktəblilərin geyimi ilə bağlı təlimat göndərilib

21:11 - 16 May 2025 - Xəbər

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda "Son zəng" tədbirlərində iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.

Xəbər xətti