Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə güclü zəlzələ baş verib

23:27 - 28 İyun 2020 tarixində dərc olunub.
Türkiyənin Muğla vilayətində 5,2 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 20:43-də qeydə alınıb. Zəlzələnin episentri Marmaris rayonunda olub. Zəlzələlərin ocağı 5,6 kilometr dərinlikdə yerləşib. Zəlzələ İzmir və ətraf vilayətlərdə də hiss olunub. Vilayətin qubernatoru dağıntı və tələfatın qeydə alınmadığını bildirib.
Müəllif: