Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda "Mercedes" "Hyundai"a çırpıldı, 3 nəfər xəstəxanaya yerləşdirildi - <font color=red><b>Foto</b></font>

16:14 - 16 İyun 2020 tarixində dərc olunub.

Sumqayıt şəhərində yol qəzası baş verib.

Hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq qarşısında hərəkətdə olan "Hyundai" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///trend

Müəllif: