ABŞ-da aksiyaçılara atəş açılıb- <font color=red><b>2 nəfər ölüb, 5 nəfər yaralanıb</b></font>
08:53 - 15 İyun 2020 tarixində dərc olunub.
ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
APA-nın “Fox” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki “Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar.
Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.