Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda rekord sayda koronavirusa yoluxma qeydə alındı

10:30 - 13 İyun 2020 tarixində dərc olunub.

Ermənistanda koronavirusa yoluxanların sayı 16 004 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində rekord sayda, 723 yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 264 nəfər koronavirusdan ölüb, 9 659 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

 

Müəllif: