Ucnoqta.az
www.ucnoqta.az

"Neftçi" 5 məşqçi ilə vidalaşdı -<font color=red><b> RƏSMİ</b></font>

16:49 - 9 İyun 2020 tarixində dərc olunub.

"Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

Paytaxt təmsilçisi mütəxəssislərə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb. 

 

Müəllif: