Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tələbə qız özünü 18-ci mərtəbədən atdı- <font color=red><b>Foto</b></font>

22:52 - 4 İyun 2020 tarixində dərc olunub.

Bakıda intihar hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. ///report

Müəllif: