Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qarət:<font color=red><b>Avtomobildən külli miqdarda pul oğurlandı</b></font>

09:30 - 18 May 2020 tarixində dərc olunub.

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Məlumata görə, hadisə mayın 14-də Nəsimi rayonu “28 May” küçəsində baş verib. Bakı şəhər sakini F.Məmmədova məxsus “Mercedes” markalı avtomobildən 36 min dollar pul oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qubadlı rayon sakini, əvvəllər zorlamaya görə məhkum olunan Alqayıt Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.///trend

Müəllif: