Ucnoqta.az
www.ucnoqta.az

Lerikdə ev yanıb

11:18 - 17 May 2020 tarixində dərc olunub.
Lerikdə yanğın hadisəsi baş verib. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonunun Əvilə kəndində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan evə bitişik, ümumi sahəsi 28 m² olan dəmir konstruksiyalardan ibarət talvar deformasiyaya uğrayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: