Ucnoqta.az
www.ucnoqta.az

Türkiyəli futbolçu Azərbaycan millisindən imtina etdi

12:32 - 29 Aprel 2020 tarixində dərc olunub.

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycan yığmasında oynamaqdan imtina edib.

Bu barədə futbolçu üçün DHA agentliyinə müsahibəsində açıqlama verib.

Yarımmüdafiəçi Türkiyə millisində oynamaq istədiyi üçün AFFA-dan gələn təklifə yox dediyini bildirib:

“Öz yığmamızda oynamaq istəyirəm. Azərbaycandan təklif aldım, lakin orda çıxış etmək fikrim yoxdur. Türkiyə yığması əsas hədəflərimdən biridir".///qafqazinfo

Müəllif: