Ucnoqta.az
www.ucnoqta.az

İsrail Dəməşqi raketlə vurdu - <font color=red><b>3 ölü, 4 yaralı</b></font>

12:51 - 27 Aprel 2020 tarixində dərc olunub.

İsrailin Dəməşqdəki iki yaşayış məntəqəsinə endirdiyi raket zərbələri nəticəsində 3 mülki şəxs həlak olub.

Bu barədə Suriyanın Dövlət İnformasiya Agentliyi (SANA) açıqlama yayıb: “İsrail ordusunun Dəməşq əyalətində yerləşən Əl-Huceyra və Əl-Ədliya qəsəbələrindəki yaşayış binalarına raket zərbələri endirməsi nəticəsində 3 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb”.

Qeyd edək ki, “Sputnik” agentliyinin verdiyi məlumata görə, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin Dəməşqə bu səhər həyata keçirdiyi hava hücumlarını dəf etdiyi açıqlanmışdı.///qafqazinfo

 

Müəllif: