Ucnoqta.az
www.ucnoqta.az

SOCAR neft və qaz hasilatını artırıb

18:51 - 14 Aprel 2020 tarixində dərc olunub.

SOCAR bu ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 mln ton neft hasil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artım deməkdir.

SOCAR- dan "APA-Economics"ə verilən məlumata görə, şirkət bu ilin yanvar-mart aylarında 1,8 mlrd.  kubmetr qaz hasil edib,  bu da 15,4% artım deməkdir. Məlumata əsasən, ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 mlrd. kubmetr, neft hasilatı 9,3 mln. ton təşkil edib. 

"SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib",  -  deyə məlumatda qeyd edilir.

Müəllif: