Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşdu: <font color=red><b>Ölən var</b></font>

10:05 - 11 Mart 2020 tarixində dərc olunub.

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə ötən gün Abşeron rayonu ərazisindən keçən Balaxanı-Novxanı avtomobil yolunda qeydə alınıb.

Yolda hərəkət edən 1992-ci il təvəllüdlü Rauf Abbaslı idarə etdiyi “Wolkswagen Jetta” markalı avtomobil ilə 1984-cü il təvəllüdlü Sübhan Səlimovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Wolkswagen Jetta” markalı avtomobilin sürücüsü R.Abbaslı aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlayıb./oxu.az

 

Müəllif: