Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda avtomobil çay evinin müştərilərini vurdu- <font color=red><b>ölən və xəsarət alanlar var</b></font>

22:48 - 10 Mart 2020 tarixində dərc olunub.

Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.

Hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər - sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: