Ucnoqta.az
www.ucnoqta.az

UEFA koronavirusa görə <font color=red><b>TƏCİLİ TOPLANIR</b></font>

09:03 - 2 Mart 2020 tarixində dərc olunub.

Koronavirusun dünyanın bir çox ölkəsində sürətlə yayılması UEFA-nı hərəkətə gətirib.

Bu gün qitə futbol qurumu məsələ ilə əlaqədar olaraq Amsterdamda növbədənkənar iclas keçirəcək. Sayca 44-cü UEFA Konqresində koronavirusla bağlı son durumla bağlı müzakirələr aparılacaq, çıxış yolları axtarılacaq. İtaliya, İsveçrə kimi çempionat oyunları təxirə salınmış ölkələrdəki vəziyyət təhlil ediləcək, həmçinin AVRO-2020-nin bəzi ev sahiblərinin dəyişdirilmə ehtimalı gözdən keçiriləcək.

Qeyd edək ki, AVRO-2020 12 iyun – 12 iyul tarixlərində Avropanın 12 şəhərində baş tutacaq. Bakı qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyununu qəbul edəcək./Apasport

Müəllif: