Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə ağır qəza: <font color=red><b>3 ölü, 2 yaralı</b></font>

22:07 - 1 Mart 2020 tarixində dərc olunub.

Kürdəmirdə baş verən yol qəzasında iki nəfər ölüb, daha üç nəfər xəsarət alıb. 

“Report” xəbər verir ki, qəza zamanı 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb. Ondan başqa Bakı sakinləri - 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Səbuhi oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər iki nəfərin vəziyyəti normaldır.
Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib. “Toyota Land Cruiser” markalı, “90-AA-047” dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. 

Müəllif: