Ucnoqta.az
www.ucnoqta.az

Avstraliyada iki təyyarə havada toqquşub

10:59 - 19 Fevral 2020 tarixində dərc olunub.

Avstraliyada iki kiçik təyyarə havada toqquşub, 4 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Viktoriya ştatında Manqalor şəhərinin yaxınlığında baş verib.

Hər iki təyyarədə ümumilikdə 4 nəfər olub. Onlar qəza nəticəsində ölüblər. Ölənlərin şəxsiyyəti məlum deyil.

Hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırma aparılır.

Müəllif: