Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda "Xocalı tarixin qan yaddaşı" adlı rəsm sərgisinin açılışı olub- <font color=red><b>Foto</b></font>

22:00 - 4 Fevral 2020 tarixində dərc olunub.

 Fevralın 2-də “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində  Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş Xocalı soyqırımı mövzusunda "Xocalı tarixin qan yaddaşı" adlı rəsm sərgisinin açlışı  baş tutub.

Proqram Biləsuvarda Heydər Əliyevin heykəlinin ziyarətindən sonra start götürüb. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayaraq daha sonra Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş video çarxla açılış edib.

Tədbirin aparıcısı Alidə Mustafayeva tədbir iştirakçılarını salamlayaraq təşkilatçıları səhnəyə dəvət edib. Təşkilatın sədri bildirdi Elşən Əliyev çıxışında bildirdi ki, bu layihə Heydər Əliyev Fonundun vitse-prezidenti Leyla Əliyevanın  "GƏLİN HƏQİQƏT NAMİNƏ VƏ ƏDALƏTİN ZƏFƏR QAZANMASI ÜÇÜN BİRGƏ KAMPANİYA APARAQ" çağrışına qoşularaq hər il Leyla xanımın təşəbbüsü ilə baş tutan “Xocaliya Ədalət” Beynəlxalq kampaniyasında “XOCALIYA ƏDALƏT” dəyərək Rəssamların əsərlərindən ibarət rəsm sərgisi ilə yola çıxmışıq.

Tədbirdə Elvin Abdullayevin rejissorluğu ilə çəkilən “MƏRİZ” filminin nümayişi oldu.

“EMEDIA GROUP” Media təşkilatının sədr müavini Tural Nurməmmədov məhz Milli Qəhrəmanımız Mübariz İbrahimova görə  proekt Biləsuvar royonundan start götürüb.

Tədbirin ikinci hissəsində “XOCALI TARİXİN QAN YADDAŞI” adlı rəsm sərgisinin açlış mərasimi oldu. Açlış mərasimində Layihənin bədii rəhbəri Ülkər Əbülfət rəsmlərin izahını və əsərlər müxtəlif janrlarda çəkildiyini bildirib.

Ən sonda bütün heyət 100 ə yaxın qonaq Mübariz İbrahimovun evində valideyinləri ilə görüşərək yola çıxdılar.

Tədbirdə İctimai, Siyasi, Dini ictimai xadimlər və rəssamlar iştirak etmişdir.

Təşkilatın sədri “EMEDIA GROUP” media təşkilatının sədri Elşən Əliyev bu tədbirin baş tutmasında Biləsuvar rayon İcra Hakimiyyəti, Biləsuvar Regional mədəniyyət idarəsi və xüsusi ilə Dövlət rəsm Qalareyasının direktoru Rövşən Cənnətova dərin təşəkkürünü bildirdi.

Müəllif: