Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb

15:31 - 21 Yanvar 2020 tarixində dərc olunub.

Abşeronda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunda 1 nəfərin meyitinin su kanalından çıxarılması üçün müraciət daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1983-cü il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: