Ucnoqta.az
www.ucnoqta.az

İki futbolçu milli komandadan kənarlaşdırıldı - <font color=red><b>Siqaret çəkdiyinə görə</b></font>

14:50 - 20 Yanvar 2020 tarixində dərc olunub.

Azərbaycanın 2 futbolçusu milli komandadan uzaqlaşdırılıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) verilən məlumata görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Müəllif: