Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov polkovnik-leytenantı Alay komandiri təyin edib

10:50 - 10 Yanvar 2020 tarixində dərc olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) Yol Patrul Xidmətinin (YPX) Alay komandiri, polis polkovniki Rəşadət Babayev işdən çıxarılıb.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Babayev vəzifədən azad edilib.

V.Eyvazovun digər əmri ilə YPX-nin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. 

 

Müəllif: