Ucnoqta.az
www.ucnoqta.az

Narkotik vasitə ilə yaxalandı - <font color=red><b>Oğurluq etdiyi də bilindi</b></font>

13:51 - 9 Yanvar 2020 tarixində dərc olunub.

Bakıda narkotik vasitə ilə tutulmuş şəxsin oğurluq da etdiyi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş H.Bilalovun ətrafında əməliyyat tədbirləri aparılıb. Bildirilir ki, nəticədə onun Binəqədi qəsəbəsi ərazisindəki 4 market 1 həyətyanı sahə, 2 mağazadan pul, mobil telefon, ərzaq məhsulları, danışıq kartları, tütün məmulatları və məişət əşyaları oğurlaması da müəyyən edilib./trend

Müəllif: