Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə 28 yaşlı gənc bıçaqlanıb

23:36 - 3 Yanvar 2020 tarixində dərc olunub.
Şəmkirdə yerli sakin bıçaqlanıb. "Report"un məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Əli Rəsilov bıçaqlanaraq xəsarət alıb. O, xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.  Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Müəllif: