Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə 200 kq xurma yanıb

20:23 - 3 Yanvar 2020 tarixində dərc olunub.
Balakəndə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qullar kəndində ümumi sahəsi 12 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və içərisində 200 kq qurudulmuş xurma yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: