Ucnoqta.az
www.ucnoqta.az

Prezident “Azərbaycan Dəmir Yolları”na üç milyon manat ayırdı- <font color=red><b>Sərəncam</b></font>

17:34 - 28 Dekabr 2019 tarixində dərc olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xudat-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin üç milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb. 

Müəllif: