Ucnoqta.az
www.ucnoqta.az

Zakir Qaralov yeni prokuror təyin etdi

10:29 - 25 Dekabr 2019 tarixində dərc olunub.

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Məlumata görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, Əliyev Ramil Firudin oğlu Siyəzən rayonunun prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl Baş Prokurorluğun Kadrlar İdarəsinin prokuroru vəzifəsində çalışıb./oxu.az

Müəllif: