<font color=red><b>II Abdullah Azərbaycan Prezidentini təbrik edib</b></font>
19:26 - 24 Dekabr 2019 tarixində dərc olunub.
İordaniyanın Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizə olan cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".