"The Guardian" nəşri Lionel Messini "2019-cu ilin ən yaxşı futbolçusu" adlandırıb.
Britaniyanın nüfuzlu nəşri ilin ən yaxşı 100 futbolçusunun siyahısını dərc edib. Siyahıya liderliyi "Barselona" ulduzu Messi edir. İkinci pillədə "Liverpul"un müdafiəçisi Vircil van Deyk qərarlaşıb. Üçüncü yer eyni komandanın yarımmüdafiəçisi Sadio Maneyə məxsusdur.
"Yuventus"lu ulduz Kriştiano Ronaldo isə 4-cü yerdədir.
İlk onluğa eyni zamanda Məhəmməd Salah ("Liverpul"), Kilian Mbappe ("PSJ"), Robert Levandovski ("Bavariya"), Rahim Sterlinq ("Mançester Siti"), Alison Beker ("Liverpul") və Frenki de Yonq ("Barselona") daxil olub./Publika.az