Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Prezident İlham Əliyev Rusiyaya gedib</b></font>

16:07 - 20 Dekabr 2019 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sankt-Peterburq şəhəri hökumətinin üzvü, Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədr müavini İnna Biqotskaya və digər rəsmi şəxslər qarşıladılar.

Müəllif: