Ucnoqta.az
www.ucnoqta.az

Metroda qatarda <font color=red><b>Nasazlıq</b></font> yaranıb

08:48 - 20 Dekabr 2019 tarixində dərc olunub.
Saat 07:00 radələrində Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında qatarların birində texniki nasazlıq yaranıb "Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədov əlavə edib ki, həmin qatar depoya sərnişinsiz göndərilib: "Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Nəticədə qırmızı xətt üzrə, yəni "İçərişəhər" metrostansiyası istiqamətində hərəkət edən qatarlarda 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında olub. Hazırda dispetçerlər intervalın normaya qaytarılması ilə bağlı işlər görür. Tezliklə hər şey normasına düşəcək".
Müəllif: