Ucnoqta.az
www.ucnoqta.az

Nazirlik həkimin rüşvət almasına münasibət bildirdi: <font color=red><b>3 manat verilib</b></font>

16:50 - 19 Dekabr 2019 tarixində dərc olunub.

Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb. “Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, nazirlikdən bildirilib. 

Müəllif: