Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 2 nəfərin öldüyü dəhşətli qəzadan- <font color=red><b>VİDEO</b></font>

10:55 - 19 Dekabr 2019 tarixində dərc olunub.

Dekabrın 17-də Stansiya Sumqayıt qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin dəhşətli görüntüsü yayılıb. 

Ucnoqta.az baku.ws- ə istinadən xəbər verir ki, hadisə yerində olan "Dünya TV"nin əməkdaşları baş verənləri çəkə bilib.
Qeyd edək ki, saat 6 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində Saatlı rayon sakini Elvin Nəsibov idarə etdiyi "Hovo” markalı avtomobili yolun kənarına aşırmış və yük yerində olan çınqıl dağılıb.

Nəticədə sürücü və sərnişini - Füzuli rayon sakini Rəşad Rəhimov hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: