Ucnoqta.az
www.ucnoqta.az

"Barselona"nın futbolçusu "İnter"ə keçmək istəyir

18:42 - 18 Dekabr 2019 tarixində dərc olunub.

İspaniyanın "Barselona" klubunun futbolçusu Arturo Vidal qış transfer dönəmində komandadan ayrılmaq istəyir.

32 yaşlı yarımmüdafiəçi İtaliya "İnter"inə keçmək niyyətindədir.

Çilili oyunçu transferi ilə bağlı Kataloniya təmsilçisinin rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, Arturo Vidal daha öncə İtaliyanın "Yuventus" klubunda çıxış edib. O, "İnter"in hazırkı baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında Turin təmsilçisində oynayıb./report 

 

Müəllif: