MSK YAP-ın daha üç səlahiyyətli nümayəndəsini qeydə alıb
20:59 - 17 Dekabr 2019 tarixində dərc olunub.
Mərkəzi Seçki Komissiyası(MSK) 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) daha üç səlahiyyətli nümayəndəsini qeydə alıb.
"Report"un məlumatına görə, bunlar Anar Adil oğlu İbrahimov, Nofəl Yunsur oğlu Bağırov və Nəcəf Əhməd oğlu Novruzovdur.
Xatırladaq ki, MSK-nın dekabrın 11-də keçirilmiş iclasında da YAP-ın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb.