Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ağac bahalı avtomobillərin üstünə aşdı: <font color=red><b>Sahibinin axşam toyu olacaq - VİDEO</b></font>

16:26 - 13 Dekabr 2019 tarixində dərc olunub.

Bakıda ağacın aşması nəticəsində lüks avtomobillərə ziyan dəyib.

Metbuat.az xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib. Böyük ağacın aşması ilə yaxınlıqdakı işıq dirəyi də avtomobillərin üzərinə aşıb. Nəticədə, “Mercedes-Benz Gle”, “Toyota Camry” və “Mercedes-Benz ML” markalı son model avtomobillərə ziyan dəyib.

Məlumata görə, avtomobillərdən birinin sahibinin bu axşam toy mərasimi baş tutacaq.

Müəllif: