"Koroğlu" metrostansiyası yanında avtomobillərin dayanması <font color=red><b>QADAĞAN EDİLDİ- FOTO</b></font>
10:04 - 13 Dekabr 2019 tarixində dərc olunub.
Bakı Nəqliyyat Agentliyi "Koroğlu" metrostansiyası yanındakı dayanacaqda şəhər istiqamətində avtomobillərin dayanmasını qadağan edib. Ucnoqta.az xəbər verir ki, qadağan bu gündən başlayıb. Belə ki, qəsəbələrdən gələn sərnişinlərin "Koroğlu" metrostansiyasında avtomobillərdən düşməsinə icazə verilmir. Artıq ərazi xüsusi yol nişanları ilə hasarlanıb. Dayanacaqda sərnişin mindirib -düşürən sürücülər isə cərimə olunur. Qeyd edək ki, bir müddət əvvəl sərnişinlərin minib-düşməsi üçün dayanacaq iki hissəyə ayrılmışdı.