Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" “Düdelanj” oyunu heç-heçə bitdi

23:46 - 12 Dekabr 2019 tarixində dərc olunub.

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Təmsilçimiz “Qarabağ” da qrupda, eləcə də turnirdə son oyununa çıxıb. Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edib. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyırdı.
Qurban Qurbanovun komandası məğlubiyyətdən yalnız son dəqiqədə xilas olub. Oyuna ikinci hissədə daxil olan Maqaye Geye 90+1-ci dəqiqədə komandasına bir xal qazandıran qolu vurub. Qarşılaşma 1:1 hesabıyla başa çatıb.

12 dekabr

UEFA Avropa Liqası

Qrup mərhələsi

6-cı tur

A qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1 (İkinci hissə)
Qol: Buqren, 63 (0:1), Maqaye Qeye, 90 (1:1)
Qırmızı vərəqə: Qara Qarayev, 46 - ikinci sarı vərəqə ("Qarabağ")
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu
/qol.az

Müəllif: