Ucnoqta.az
www.ucnoqta.az

Qəzada ölən tələbələrin kimliyi məlum olub -<font color=red><b>Foto</b></font>

10:30 - 11 Dekabr 2019 tarixində dərc olunub.

Ötən axşam Bakıda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, Binəqədi rayonunda baş verən qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş.

Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük avtomobili sola dönərkən iki piyadanın üzərindən keçib.

Hadisə nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən dünyasını dəyişiblər./trend

 

Müəllif: