Ucnoqta.az
www.ucnoqta.az

İt mikrodalğalı sobanı işə saldı -<font color=red><b> Evi yandırdı</b></font>

17:59 - 4 Dekabr 2019 tarixində dərc olunub.

Böyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub.

Məlumata görə, haski cinsindən olan it mətbəxdə mikrodalğalı sobanı təsadüfən işə salıb.
Nəticədə sobanın içində qalan kökələr tüstüləməyə başlayıb və yanğına səbəb olub.
Ev sahibi yanğın barədə smartfona quraşdırılan proqram sayəsində xəbər tutub.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının digər otaqlara keçmədiyini müəyyən edib. Yanğının qarşısı qısa müddətdə alınıb. İtə ziyan dəyməyib./trend

 

Müəllif: