Ucnoqta.az
www.ucnoqta.az

Aeroport yolunda ağır qəza - <font color=red><b>"BMW" yük avtomobilinə çırpıldı</b></font>

10:24 - 4 Dekabr 2019 tarixində dərc olunub.

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Aeroport yolunun Suraxanı rayonu ərazisində qeydə alınıb. 90-DA-130 dövlət nömrəli "BMW" markalı minik avtomobili yol kənarında dayanmış yük maşınına çırpılıb.

Nəticədə sürücünün xəsarət aldığı deyilir. Yük maşınına elə də ciddi zərər dəyməsə də, minik avtomobili yararsız vəziyyətə düşüb./trend

Müəllif: