Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə ağır yol qəzası: 7 nəfər xəsarət alıb - <font color=red><b>FOTO</b></font>

13:21 - 1 Dekabr 2019 tarixində dərc olunub.

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: