Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yük avtomobilində meyit tapılıb

12:24 - 28 Noyabr 2019 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda yük avtomobilinin banında, armatur bağlamasının altında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1957-ci il təvəllüdlü Məmmədov Güloğlan Qələmdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: