Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2,2 dəfədən çox artırıb

12:19 - 28 Noyabr 2019 tarixində dərc olunub.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 17 504 ədəd avtomobil idxal edib.

Bu barədə "Report"a Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib. Qonşu ölkədən Azərbaycana ixrac olunan minik avtomobillərinin ümümi dəyəri 187 903,5 min dollar təşkil edib.

Ötən ilin anoloji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan aldığı avtomobillərin sayı 9 549 ədəd və yaxud 2,2 dəfədən çoxdur.

Müəllif: